Aİ ukraynalı uşaqların Rusiyaya aparılmasına görə 10 şəxsə və 17 təşkilata sanksiya tətbiq edib
28 sentyabr 2026, 14:46 · Mənbə: Report.az

Avropa İttifaqı (Aİ) Şurası ukraynalı uşaqların Rusiyaya və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə qanunsuz deportasiyası və məcburi köçürülməsinə görə məsuliyyət daşıyan 10 şəxs və 17 təşkilata qarşı sanksiya tətbiq edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Avropa İttifaqı (Aİ) Şurası ukraynalı uşaqların Rusiyaya və Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinə qanunsuz deportasiyası və məcburi köçürülməsinə görə məsuliyyət daşıyan 10 şəxs və 17 təşkilata qarşı sanksiya tətbiq edib.
"Report"un Avropa bürosu şuraya istinadən xəbər verir ki, sanksiyalar həmçinin uşaqların məcburi assimilyasiyasına, o cümlədən ideoloji təbliğat və hərbi-vətənpərvərlik tərbiyəsinə cəlb olunmuş şəxslərə və təşkilatlara da şamil edilir.
Siyahıya Moskva Turizm Komitəsi, uşaq istirahəti, turizm və əyləncə sahəsində fəaliyyət göstərən iki Rusiya şirkəti, eləcə də Rusiya və Ukraynanın işğal olunmuş ərazilərindəki uşaq düşərgələri və idman mərkəzləri daxil edilib.
Şimali Koreyadakı beynəlxalq "Songdowon" uşaq düşərgəsi də sanksiyalara məruz qalıb. Aİ iddia edir ki, düşərgə Rusiya ilə koordinasiyalı şəkildə uşaqların Ukraynanın işğal olunmuş ərazilərindən köçürülməsi üzrə mütəşəkkil proqramlarda iştirak edib.
Siyahıya daxil edilmiş fiziki şəxslər arasında Aİ tərəfindən ukraynalı uşaqların regiondakı düşərgələrə aparılmasına kömək etməkdə günahlandırılan Tatarıstanın rəhbəri Rüstəm Minnixanov da var. Həmçinin, Ukraynanın bəzi işğal olunmuş ərazilərinin təhsil və elm nazirləri və nazir müavinlərinə, qondarma Donetsk Xalq Respublikasının idman və turizm nazirinə, eləcə də uşaq düşərgələrinin və məktəblərin rəhbərlərinə qarşı da sanksiyalar tətbiq edilib.
Siyahıya daxil edilmiş şəxslərin və təşkilatların aktivləri dondurulur, Aİ vətəndaşlarına və şirkətlərinə isə onlara vəsait və iqtisadi resurslar təqdim etmək qadağan olunur. Fiziki şəxslər üçün həmçinin Aİ-yə giriş və blokun ərazisindən tranzitlə keçmək qadağası tətbiq edilir.
Aİ-nin hesablamalarına görə, müharibənin başlanmasından bəri Rusiya 20,5 mindən çox ukraynalı uşağı deportasiya edib və məcburi şəkildə köçürüb.
Oxşar xəbərlər

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17

Dünya
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Report.az · 20 oktyabr 2026, 05:47
