Aİ dörd namizəd ölkəyə mərhələli üzvlük planı hazırlayır
28 sentyabr 2026, 09:45 · Mənbə: TASS
Avropa İttifaqı Albaniya, Moldova, Ukrayna və Monteneqro üçün üzvlüyə keçid planları hazırlamağa başlayıb.
Politico-nun mənbələrinə əsasən, Avropa Komissiyasının rəsmiləri dörd ölkə üçün üzvlük yol xəritələri üzərində işləyir. Bu ölkələr Albaniya, Moldova, Ukrayna və Monteneqrodur.
Bu yol xəritələri ilk dəfə namizəd ölkələrə üzvlük danışıqlarının tamamlanması üçün aydın zəmanətlər və son tarixlər təqdim edə bilər. Hər ölkə üçün tələblər və mövcud Aİ üzvlərinin üzvlük prosesinin davamını təsdiqləmək öhdəlikləri müəyyən ediləcək.
Politico yazır ki, Gürcüstan, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya, Serbiya və Türkiyə kimi ölkələr hələ üzvlük prosesinin ilkin mərhələsində olduqları üçün bu yol xəritələri onlara təqdim edilməyəcək.
Ukrayna 2022-ci ildən bəri Aİ-yə üzvlük namizədidir. İyulun 14-də İrlandiyanın Avropa işləri naziri Tomas Börn bildirib ki, Avropa İttifaqı Ukraynanın üzvlüyü üzrə danışıqların ikinci mərhələsinə başlayıb. Danışıqlar altı klasterə bölünüb, 33 bölmədan ibarətdir, amma bu, üzvlüyü təmin etmir və müddət göstərmir.
Məsələn, üzvlüyü yaxın gələcəkdə gözlənilməyən Türkiyə 2005-ci ildə üzvlük danışıqlarına başlayıb.
Oxşar xəbərlər

Dünya
"Bild": Hakerlər Almaniyada partiyaya aid 420 mindən çox elektron məktubu oğurlamış ola bilərlər
Report.az · 20 oktyabr 2026, 05:47


