ABŞ və Yaponiya hərbi təlimləri Okinavadakı qətl hadisəsinə baxmayaraq keçiriləcək
12 oktyabr 2026, 08:47 · Mənbə: Report.az

ABŞ və Yaponiyanın birgə "Keen Sword" (İti qılınc – Qeyd) hərbi təlimləri oktyabrın 19-dan 29-dək Yaponiyada və ona bitişik dəniz akvatoriyalarında keçiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ və Yaponiyanın birgə "Keen Sword" (İti qılınc – Qeyd) hərbi təlimləri oktyabrın 19-dan 29-dək Yaponiyada və ona bitişik dəniz akvatoriyalarında keçiriləcək.
"Report" "Kyodo" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Hiroaki Uçikura məlumat verib.
Onun sözlərinə görə, Yaponiya hərbi rəhbərliyi törədilmiş cinayətə son dərəcə ciddi yanaşır. Bununla belə, general jurnalistlərlə görüşündə qarşıdakı hərbi təlimlərin baş vermiş hadisədən ayrı qiymətləndirilməli olduğunu bildirib.
Okinava adasında baş verən qətllə əlaqədar ABŞ Dəniz Piyadaları Korpusunun 20 yaşlı hərbçisi saxlanılıb. O, ittihamı qəbul etmir.
"Keen Sword" təlimlərinə Yaponiya tərəfindən 45 min, ABŞ tərəfindən isə təxminən 12 min hərbçinin cəlb olunması planlaşdırılır. Bundan başqa, Avstraliya, Almaniya və Fransa da daxil olmaqla daha yeddi ölkənin hərbi bölmələri manevrlərdə iştirak edəcək.
Təlimlər çərçivəsində Yaponiyanın təxminən 1 000 kilometr mənzilli yeni "Type-25" mobil yerüstü raketləri ilk dəfə nümayiş etdiriləcək. İki ölkənin hərbçiləri bu silahların hədəfə yönəldilməsi və tətbiqi zamanı qarşılıqlı fəaliyyət qaydalarını məşq edəcəklər. Bununla belə, real raket buraxılışları nəzərdə tutulmur.
ABŞ Silahlı Qüvvələri də təlimlər zamanı Tayvandan təxminən 110 kilometr məsafədə yerləşən Yonaguni adasında yeni NMESIS mobil raket kompleksini ilk dəfə yerləşdirəcək. "Keen Sword" təlimləri iki ildən bir keçirilir və ABŞ-Yaponiya komanda-qərargah təlimləri olan "Keen Edge" ilə növbələşir.
Oxşar xəbərlər

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17
