ABŞ tezliklə İrana zərbələrin bərpası ilə bağlı qərar verəcək
1 oktyabr 2026, 03:15 · Mənbə: Report.az

ABŞ yaxın vaxtlarda İrana zərbələrin bərpası və ya onunla saziş bağlaması barədə qərar verəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ yaxın vaxtlarda İrana zərbələrin bərpası və ya onunla saziş bağlaması barədə qərar verəcək.
"Report"un məlumatına görə, ABŞ Prezidenti Donald Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.
"Bəlkə də onları darmadağın edəcəyik, ya da razılığa gələcəyik. Bu qərarı verməliyik. Vaxt başa çatır. Hər şey bu və ya digər şəkildə çox tezliklə bitəcək", - o qeyd edib.
Tramp həmçinin Hörmüz boğazına nəzarətlə bağlı vəziyyətin dəyişə biləcəyini vurğulayıb.
"İndi Hörmüz boğazından çoxlu miqdarda neft keçir. Biz onu idarə edirik. Amma düşünürəm ki, bu, həmişə dəyişə bilər", - Ağ Ev rəhbəri bildirib və əlavə edib ki, son iki gündə boğazdan tarixdə əvvəlkindən daha çox neft keçib.
Bu arada, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X"də bildirib ki, iyulun ortalarında İranın dəniz blokadası yenidən tətbiq edildikdən sonra İslam Respublikası ilə əlaqəli 125 ticarət gəminin istiqamətini dəyişib.
Oxşar xəbərlər

Dünya
Cey Di Vens Fransadakı etirazlarda zorakılığı qərb liberalları törədib deyib
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 16:47

Dünya
Ukrayna Sankt-Peterburqa pilotsuz hücum edib, biri ölüb, neft emalı zavodu yanıb
France 24 · 18 oktyabr 2026, 16:47


Dünya
Sankt-Peterburqdakı neft müəssisələrinə hücum edən şəxs öldürüb
BBC News · 18 oktyabr 2026, 16:17