TopXəbər

ABŞ hərbçiləri narkotik daşıyan gəmiyə zərbə endirib, 5 nəfər ölüb

27 oktyabr 2026, 23:17 · Mənbə: Report.az

ABŞ hərbçiləri narkotik daşıyan gəmiyə zərbə endirib, 5 nəfər ölüb

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib, nəticədə 5 nəfər ölüb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində narkotiklərin daşınması üçün istifadə edilən gəmiyə zərbə endirib, nəticədə 5 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Qərb yarımkürəsində Birgə Əməliyyat Qrupu Sakit okeanın şərq hissəsində narkotiklərin qanunsuz dövriyyəsi üçün adətən istifadə olunan marşrutla hərəkət edən sürətli qayığa ölümcül silahlarla zərbə endirib", – məlumatda bildirilib.

Komandanlığın məlumatına görə, kəşfiyyat məlumatları gəminin narkotiklərin qanunsuz daşınmasında birbaşa istifadə edildiyini təsdiqləyib.

Əməliyyat nəticəsində ABŞ hərbçilərinin "narkoterrorçu" adlandırdığı 5 nəfər öldürülüb.