Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
25 noyabr 2026, 01:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Özbəkistan lideri Şavkat Mirziyoyev tərəfindən Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə ona hədiyyə edilən ənənəvi özbək çardaqları Vaşinqtonda quraşdırılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Özbəkistan lideri Şavkat Mirziyoyev tərəfindən Birləşmiş Ştatların müstəqilliyinin 250 illiyi münasibətilə ona hədiyyə edilən ənənəvi özbək çardaqları Vaşinqtonda quraşdırılıb.
"Report"un məlumatına görə, ABŞ lideri bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.
"Ölkəmizin müstəqilliyinin 250 illiyi münasibətilə mənə hədiyyə edilən gözəl özbək çardaqlarına (və ya eyvanlara) görə Özbəkistanın hörmətli Prezidenti Şavkat Mirziyoyevə təşəkkür etmək istəyirəm", - Tramp qeyd edib.
Ağ Evin rəhbəri bildirib ki, ötən həftə çardaqların açılış mərasiminin keçirildiyi ərazinin üzərindən helikopterlə uçub. Mərasimdə Özbəkistanın ABŞ-dəki səfiri Furqat Sidikov və ABŞ-nin daxili işlər naziri Duqlas Berqam iştirak ediblər.
"Çardaqlar möhtəşəm görünür", - ABŞ lideri vurğulayıb. O əlavə edib ki, özbək ustalar bir neçə ay ailələrindən uzaqda qalıb və çətin hava şəraitində 200 yaşlı dağ qozunun ağacından çardaqları inşa ediblər.
Trampın sözlərinə görə, o, hədiyyəni özündə saxlamaq əvəzinə ictimai istifadəyə vermək qərarına gəlib.
ABŞ Prezidenti əmin olduğunu bildirib ki, bu çardaqlar evlilik təklifləri, diplomatik qəbullar və sakura çiçəklənən dövrdə fotosessiyalar üçün məşhur məkana çevriləcək.
Xatırladaq ki, ABŞ 2026-cı il iyulun 4-də İstiqlal Bəyannaməsinin imzalanmasının 250-ci ildönümünü qeyd edib.
Oxşar xəbərlər


Dünya
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Report.az · 25 noyabr 2026, 01:17

Dünya
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Report.az · 25 noyabr 2026, 00:48

Dünya
Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Report.az · 25 noyabr 2026, 00:48