İsrail İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib
25 noyabr 2026, 01:47 · Mənbə: Report.az

İsrailin müdafiə naziri İsrael Katz İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib, onun iddiasına görə, Tehran silahlardan İsrailə və regiondakı digər ölkələrə qarşı istifadə etmək niyyətindədir.
Yeniliklərdən dərhal xəbərdar olun!
İsrailin müdafiə naziri İsrael Katz İranı kimyəvi silahlar hazırlamaqda ittiham edib, onun iddiasına görə, Tehran silahlardan İsrailə və regiondakı digər ölkələrə qarşı istifadə etmək niyyətindədir.
"Report"un məlumatına görə, nazirin sözlərini "Ynet" portalı sitat gətirib.
"İran kimyəvi silahların hazırlığı ilə məşğuldur. Bunu İsrail də, ABŞ də bilir. Biz İranın bu cür imkanlara sahib olmasına yol verməyəcəyik", - Katz deyib.
Portalın məlumatına görə, İran hakimiyyəti İsrail və ABŞ ilə əvvəlki iki qarşıdurmanın nəticələrinə əsasən kimyəvi silahlar hazırlamağa qərar verib.
"Ynet" iddia edib ki, Vaşinqton və Təl-Əviv bir müddətdir, müvafiq kəşfiyyat məlumatlarına malikdir. Məlumata əsasən, İsrail hakimiyyəti İranın kimyəvi silah imkanlarını inkişaf etdirməsinə və bu sahədə əməliyyat hazırlığına nail olmasına mane olmaq qərarına gəlib.
Oxşar xəbərlər

Dünya
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Report.az · 25 noyabr 2026, 01:47

Dünya
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Report.az · 25 noyabr 2026, 01:17

Dünya
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Report.az · 25 noyabr 2026, 00:48

Dünya
Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Report.az · 25 noyabr 2026, 00:48