Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
25 noyabr 2026, 01:17 · Mənbə: Report.az

İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik vasitələrlə əlaqədar istintaq çərçivəsində aktyorlar Özcan Dəniz və Dəniz Çakır da daxil olmaqla, 35 nəfər saxlanılıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
İstanbul Baş Prokurorluğu tərəfindən məşhurlarla bağlı aparılan narkotik vasitələrlə əlaqədar istintaq çərçivəsində aktyorlar Özcan Dəniz və Dəniz Çakır da daxil olmaqla, 35 nəfər saxlanılıb.
Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir.
Qeyd edilir ki, İstanbul Baş Prokurorluğunun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlərlə Mübarizə üzrə İstintaq İdarəsi "fahişəlik", "narkotik vasitələrin ticarəti", "narkotiklərin təminatı", "narkotiklərin istifadəsi və ya saxlanması" faktları üzrə geniş istintaqa başlayıb.
Şübhəli şəxslərin, məlumatlı şəxslərin, şahidlərin ifadələri, müsadirə edilmiş mobil telefonlar və rəqəmsal materialların ekspertizası əsasında yeni dəlillər aşkarlanıb. Dəlillər əsasında narkotik vasitələrin istifadəsi və ya saxlanması ilə bağlı şübhələr yaranıb, prokurorluq istintaqa başlayıb.
Prokurorun qərarına əsasən, istintaqda müəyyən edilmiş 35 şübhəli, o cümlədən aktyor, müğənni Özcan Dəniz, rejissor Cem Karcı, təşkilatçı Erdal Bozkuş və aktrisa Dəniz Çakır saxlanılıb.
Oxşar xəbərlər

Dünya
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Report.az · 25 noyabr 2026, 01:47


Dünya
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Report.az · 25 noyabr 2026, 00:48

Dünya
Kostanyan: Türkiyə və Azərbaycanla qarşılıqlı əlaqə Ermənistanın enerji sisteminin dayanıqlığını artıracaq
Report.az · 25 noyabr 2026, 00:48