NYT: Hakerlər ABŞ-nin kəşfiyyat sistemlərindən birinin parolunu qırıblar
25 noyabr 2026, 02:47 · Mənbə: Report.az

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun İdarəsi elektron sistemlərindən birinin parolunun qırılması faktını aşkar edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Milli Kəşfiyyat Direktorunun İdarəsi elektron sistemlərindən birinin parolunun qırılması faktını aşkar edib.
"Report"un məlumatına görə, bu barədə "The New York Times" (NYT) qəzeti mənbələrə istinadən xəbər verib.
Məlumata görə, kiberhücum ABŞ kəşfiyyatının ehtiyacları üçün açıq mənbələrdən məlumatların təhlili üçün nəzərdə tutulan sistemə təsir edib.
Hakerlərin hansı məlumatları ələ keçirə bildiyi hələ məlum deyil. Lakin nəşrin həmsöhbətlərinin iddiasına görə, məxfi məlumatlar təhlükə altına düşməyib.
Ötən həftə Federal Təhqiqatlar Bürosunun (FTB) hüquq pozuntuları ilə bağlı məlumat bazası olan Cinayət Məlumatı Milli Mərkəzinin parolunun qırıldığı barədə məlumat yayılıb.
Bundan başqa, ABŞ-nin Milli Təhlükəsizlik Agentliyinin daxili kompüter şəbəkəsində də nasazlıq yarandığı məlum olub.
Oxşar xəbərlər

Dünya
Tramp Mirziyoyevə ABŞ-nin 250 illiyi münasibətilə hədiyyə edilən çardaqlara görə təşəkkür edib
Report.az · 25 noyabr 2026, 01:47


Dünya
Türkiyədə Özcan Dəniz və daha 34 nəfər narkotik istintaqı çərçivəsində saxlanılıb
Report.az · 25 noyabr 2026, 01:17

Dünya
Rezai: İran blokadanı yarmaq və yeni təcavüzə cavab vermək əzmindədir
Report.az · 25 noyabr 2026, 00:48