Ziba Mustafayeva: "Azərbaycanın biznes təcrübələri dünya ilə paylaşılacaq"
27 oktyabr 2026, 17:49 · Mənbə: Report.az

Azərbaycanın biznes təcrübələri dünya ilə paylaşılacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanın biznes təcrübələri dünya ilə paylaşılacaq.
"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Ziba Mustafayeva ADA Universitetində İqtisadiyyat və Elm və Təhsil nazirliklərinin dəstəyi, SOCAR-ın strateji tərəfdaşlığı ilə yaradılan İspaniyanın IE Universitetinin Liderlik və İnnovasiya Mərkəzinin açılışında deyib.
Onun sözlərinə görə, biznes-keyslər Azərbaycanın yerli və beynəlxalq nailiyyətlərini əks etdirəcək: "Bu keyslər ən yaxşı təcrübələr kimi həm yerli, həm də beynəlxalq akademik proqramların kurrikulumlarına inteqrasiya olunacaq və dünya ilə paylaşılacaq. Təşəbbüslərimiz bununla məhdudlaşmayacaq. Lakin biz prioritetləri müəyyənləşdirməliyik. Bu istiqamətdə davamlı tərəfdaşlığımız olacaq, yeni layihələr həyata keçiriləcək və proqramların genişləndirilməsi ilə bağlı planlarımızı müzakirə edərək ictimaiyyətə açıqlayacağıq".
Z. Mustafayeva bu fürsətdən istifadə edərək, dövlət və özəl sektorun müxtəlif sahələrini təmsil edən iştirakçıları, o cümlədən SOCAR nümayəndələrini mərkəzin fəaliyyətinə qoşulmağa dəvət edib: "Düşünürəm ki, bütün tərəfdaşlarımız da bu fikirlə razılaşacaqlar. Sizi öz təşəbbüslərinizlə çıxış etməyə, insan kapitalının və ya institusional inkişafın hansı ehtiyaclarının olduğunu müəyyənləşdirməyə dəvət edirik. Mərkəzin imkanlarından istifadə etməklə bu ehtiyaclara uyğun layihələr hazırlamaq və inkişaf etdirmək mümkündür. Çünki bütün bunların əsas məqsədi Azərbaycanın insan kapitalının inkişafına töhfə verməkdir".
Oxşar xəbərlər

Biznes
İstanbul-Bakı aviareysi ilə gələn sərnişindən 60 min manatlıq mallar aşkar olunub
Report.az · 20 noyabr 2026, 17:47

Biznes
Yerli istehsalın təşviqi üçün yeni mexanizm: ixrac dəstəyinin əhatə dairəsi müəyyən edilir
Report.az · 20 noyabr 2026, 14:47

Biznes
Gürcüstan Azərbaycandan neft və neft yağları idxalını çəkdiyi xərci 73 % artırıb
Report.az · 20 noyabr 2026, 13:17
