Polşa və Britaniya CAMM-MR raketinin hazırlığına dair saziş imzalayıb
24 noyabr 2026, 22:47 · Mənbə: Report.az

Polşa və Böyük Britaniya hökumətləri yeni ortamənzilli CAMM-MR/FCM raketinin hazırlanması üçün tədqiqat və təkmilləşdirmələrin əməkdaşlığı və birgə maliyyələşdirilməsi haqqında saziş imzalayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Polşa və Böyük Britaniya hökumətləri yeni ortamənzilli CAMM-MR/FCM raketinin hazırlanması üçün tədqiqat və təkmilləşdirmələrin əməkdaşlığı və birgə maliyyələşdirilməsi haqqında saziş imzalayıb.
"Report" Polşa mediasına istinadən xəbər verir ki, saziş yeni raket kompleksinin yaradılması sahəsində iki ölkənin qarşılıqlı fəaliyyət çərçivəsini müəyyən edir və hava hücumundan müdafiə (HHM) sahəsində Polşa-Britaniya əməkdaşlığının strateji xarakterini təsdiqləyir.
Layihəyə Polşa Silahlanma Qrupunun (PGZ) şirkətlərinin, yerli müdafiə müəssisələrinin və elmi-tədqiqat müəssisələrinin cəlb edilməsi planlaşdırılır. Proqramda iştirakın Polşa sənayesinə əsas texnoloji irəliləyişlər əldə etməyə və müasir raket sistemlərinin istehsalında öz imkanlarını genişləndirməyə şərait yaradacağı gözlənilir.
Qeyd olunur ki, sənəd layihənin ilkin konsepsiya mərhələsində həyata keçirilməsini nəzərdə tutur.
CAMM-MR/FCM ("Future Common Missile / Medium-Range") - CAMM raket ailəsinin imkanlarını genişləndirmək üçün nəzərdə tutulmuş ortamənzilli (100 km-dən çox) perspektivli zenit idarəolunan raketdir. Raket təyyarələrin, helikopterlərin, pilotsuz uçuş aparatlarının və qanadlı raketlərin ələ keçirilməsi üçün quru HHM komplekslərində və hərbi gəmilərdə tətbiq edilə biləcək.
Oxşar xəbərlər

Dünya
Husilərin Ər-Riyadda maliyyə mərkəzinə hücumu nəticəsində 11 nəfər yaralanıb
Report.az · 24 noyabr 2026, 20:47



Dünya
Britaniya husilərin aktivlərini dondurub və onların 4 nümayəndəsinin ölkəyə girişini qadağan edib
Report.az · 24 noyabr 2026, 18:17