Zaur Həşimov: "Sumqayıtdan 1 xalla döndüyümüz üçün sevincliyəm"
2 noyabr 2026, 21:47 · Mənbə: Report.az

"Şəfa" komandasının baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının X turunda "Sumqayıt"la matçda əldə olunan 1 xala görə sevinclidir.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Şəfa" komandasının baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının X turunda "Sumqayıt"la matçda əldə olunan 1 xala görə sevinclidir.

"Report" xəbər verir ki, bunu 45 yaşlı mütəxəssisin özü sözügedən oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, bərabərə qaldıqları qarşılaşmanı şərh edib:
"Bir neçə məğlubiyyətdən sonra ilk xalımızı qazandıq. Bir tərəfdən məmnunuq ki, növbəti xalımızı qazandıq. Lakin bu qədər qol epizodu yaratdığımız və hesabda öndə olduğumuz oyunda qələbəni əldən verdiyimiz üçün məyusuq.
Buna baxmayaraq, futbolçularıma oynadıqları oyuna görə təşəkkür etdim. Həqiqətən vuruşdular və yaxşı mübarizə apardılar. Son iki turda da onlardan razı idim. Qələbəni son anlarda əldən verirdik. Bu gün də qələbəni əldən verdik, amma Sumqayıtdan 1 xalla ayrılırıq. Buna görə çox sevincliyəm".
Qeyd edək ki, "Sumqayıt" - "Şəfa" görüşü 1:1 hesabı ilə başa çatıb.
Oxşar xəbərlər


İdman
"Kəpəz" - "Qarabağ" oyununda topa rəmzi toxunuş olub, matçı 16 minə yaxın azarkeş izləyir
Report.az · 22 noyabr 2026, 17:47

İdman
"Araz-Naxçıvan"a qalib gələn "Neftçi" turnir cədvəlində vahid liderə çevrilib
Report.az · 22 noyabr 2026, 16:47
