Yəməndə içərisində 20 raket olan anbar məhv edilib
6 oktyabr 2026, 09:48 · Mənbə: Report.az

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada ballistik raketlərin buraxılış qurğusunu və Səədə əyalətində içərisində 20 ballistik raket olan anbarı məhv edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri Yəmənin paytaxtı Sənada ballistik raketlərin buraxılış qurğusunu və Səədə əyalətində içərisində 20 ballistik raket olan anbarı məhv edib.
"Report" xəbər verir ki, bu barədə "Saudi Press Agency" Yəməndə qanuniliyin dəstəklənməsi üzrə koalisiyanın rəsmi nümayəndəsi general-mayor Türki əl-Malikiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ballistik raket anbarı Səədədəki dağlıq obyektdə yerləşirdi.
Əl-Maliki həmçinin bildirib ki, Sənada ballistik raketlərin buraxılış qurğusu məhv edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyası 2015-ci ilin martında Yəməndə husilərə qarşı hərbi əməliyyatlara başlayıb. Müxtəlif dövrlərdə koalisiyada Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Küveyt, Misir və bir sıra digər ərəb dövlətləri iştirak edib. Koalisiyanın əsas döyüş əməliyyatları husilərin mövqelərinə, hərbi infrastrukturuna və raket və pilotsuz uçuş aparatı imkanlarına qarşı yönəldilib.
Oxşar xəbərlər

Dünya
Tramp müttəfiqlərə sursat tədarükünün müvəqqəti dayandırıldığını açıqlayıb
Report.az · 16 oktyabr 2026, 06:46


Dünya
Ukrayna Patriot raketlərinin sayını kritik səviyyəyə çatdırıb
Kyiv İndependent · 16 oktyabr 2026, 06:47

Dünya
Rusiya və Slovakiya hökumətlərarası komissiyası ilk dəfə beş ildən sonra görüş keçirir
TASS · 16 oktyabr 2026, 06:47