Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub
27 sentyabr 2026, 11:15 · Mənbə: Report.az

27 Sentyabr - Anım Günü ilə əlaqədar Xocalı şəhərində yerləşən Şəhidlər xiyabanı ziyarət olunub.
Bu barədə "Report"un Qarabağ bürosuna Xankəndi şəhərində, Ağdərə və Xocalı rayolarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Dövlət qurumlarının əməkdaşları və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək vətənin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Fotoqalereya
1 / 4Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub
Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, onların ruhuna dualar oxunub. Qeyd olunub ki, Azərbaycan xalqı Vətən müharibəsində və digər döyüşlərdə şəhid olan qəhrəman övladlarının xatirəsini daim uca tutur. Şəhidlərin göstərdiyi qəhrəmanlıq və fədakarlıq Azərbaycanın tarixinə əbədi həkk olunub.
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17