Vuçiç: Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək
28 sentyabr 2026, 00:44 · Mənbə: Report.az

Serbiyada dekabrda prezident seçkiləri keçiriləcək.
"Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç vəzifəsindən istefasını açıqlayarkən bildirib.
"Dekabrın sonunadək prezident seçkilərinin birinci turu keçirilməlidir. Bundan əvvəl isə, bildiyiniz kimi, oktyabrın 25-də parlament seçkiləri keçiriləcək", - Vuçiç deyib.
O, istefa qərarının səbəbinə də toxunaraq, oktyabrda keçiriləcək parlament seçkilərinə adi vətəndaş kimi qatılmaq istədiyini vurğulayıb.
"Bunu niyə etdim? Prezident kimi seçkilərə gedə bilərdim. Hətta xaricdəki bir çox prezident dostlarım təəccüblə məndən soruşurdular: "Bunu niyə edirsən? Niyə vəzifədən gedirsən? Bunu heç kim indiyədək etməyib"", - Vuçiç qeyd edib.
Oxşar xəbərlər

Dünya
Meşədə, şəhərdə və yolda ayı ilə qarşılaşanda nə etmək lazımdır
News.ru · 18 oktyabr 2026, 11:47


Dünya
Rusiya dronları Ternopil vilayətində enerji obyektinə zərbə vurub
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:47
