Vuçiç: Görünür, prezidentlikdən baş nazirə keçmək hamıya olar, yalnız mənə yox
27 sentyabr 2026, 22:15 · Mənbə: Report.az

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə qarşıdan gələn parlament seçkiləri ərəfəsində çətin və mühüm siyasi mübarizənin gözlənildiyini bildirib.
"Report"un Balkan bürosu xəbər verir ki, bu barədə o, CNN telekanalına müsahibəsində danışıb.
Vuçiç qeyd edib ki, Avropa İttifaqında keçmiş prezidentlərin baş nazir, keçmiş baş nazirlərin isə prezident vəzifəsinə keçməsinə nümunələr var.
"Bunu Rumen Radev də edib. Daha bir nümunə var – Aleksander Stub (Finlandiyadan) əvvəl baş nazir olub, daha sonra prezident seçilib. Görünür, bunu hamıya etmək icazəlidir, yalnız mənə yox", - Serbiya Prezidenti bildirib.
Serbiya Prezidenti baş nazir vəzifəsinə keçidinin "avtoritarizm" əlaməti olub-olmadığı barədə suala cavabında isə özünün demokrat olduğunu vurğulayıb: "Xeyr, heç də belə deyil. Mən demokratam və hər zaman insanların nə düşündüyünü eşitmək və görmək istəyərdim. Legitimlik olmadan mən heç kim olardım".
A. Vuçiç qarşıdan gələn seçkilərin "böyük, çox çətin və mühüm siyasi mübarizə" olacağını deyib.
"Görəcəyik kimin qalib gələcəyini. Əgər qarşı tərəf qalib gəlsə, elə həmin axşam onları təbrik edəcəyəm. Demokratiya belə işləyir", - Serbiya Prezidenti əlavə edib.
Oxşar xəbərlər

Dünya
Meşədə, şəhərdə və yolda ayı ilə qarşılaşanda nə etmək lazımdır
News.ru · 18 oktyabr 2026, 11:47


Dünya
Rusiya dronları Ternopil vilayətində enerji obyektinə zərbə vurub
Ukrainskaya Pravda · 18 oktyabr 2026, 11:47

Dünya
Hindistanda yük maşını zəvvar qrupunu vurub, azı 13 nəfər həlak olub
Report.az · 18 oktyabr 2026, 11:47