TopXəbər

Ukrayna Rusiyanın Kiyevdəki obyektlərini vurdu

29 sentyabr 2026, 08:46 · Mənbə: Hürriyet

Ukrayna Rusiyanın Kiyevdəki obyektlərini vurdu

Ukrayna Rusiyanın dəmir yollarını və Kiyevdəki obyektlərini hədəfə aldı. Rusiyanın hava hücumlarında isə ən azı bir nəfər həyatını itirdi.

Hürriyet yazır ki, ABŞ prezidenti Donald Trampın Ukrayna dövləti rəhbəri Volodimir Zelenskidən Rusiyadakı neft obyektlərini vurmaqdan çəkindirməsi sonrası Kiyev Rusiyanın dəmir yolunu hədəfə almağa başlayıb.

Ukrayna qüvvələri üç rus qatar stansiyasına zərbə endirib.

Dünən isə ruslar Ukraynanı hədəfə alaraq Kiyevdə şəhər mərkəzində yerləşən məşhur Milli Elmlər Akademiyasına hava hücumu həyata keçirib.

Dronlarla baş tutan bu hücumda tarixi bina yanaraq ciddi ziyan görüb. Səhiyyə məlumatına görə, hücumda ən azı bir nəfər həyatını itirib.

Ukrayna prezidenti Zelenski Rusiyanın cavabsız qalmayacağını deyib və bildirib ki, bundan sonra qarşı tərəfin təzyiqi altında tək tərəfli oyun yox, qarşılıqlı tədbirlər görüləcək.

O əlavə edib ki, Ukrayna Rusiyanın əsas infrastrukturlarına zərbə vurmaqla müharibəni onların üzərinə gətirməkdə israrlıdır.