Uğur Özdemir: "NTD ilə matçda gənc kollektivə qarşı mübarizə apardıq"
2 oktyabr 2026, 22:15 · Mənbə: Report.az

"Sumqayıt" Azərbaycan Basketbol Liqasının I turunda NTD ilə matçda gənc kollektivə qarşı mübarizə aparıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
"Sumqayıt" Azərbaycan Basketbol Liqasının I turunda NTD ilə matçda gənc kollektivə qarşı mübarizə aparıb.
"Report" xəbər verir ki, bunu "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Uğur Özdemir sözügedən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qələbə qazandıqları qarşılaşmanı şərh edib:
"Gənc komandaya qarşı mübarizə apardıq. Bəzən oyundan qopsaq da, bu matç bizim üçün bir növ hazırlıq məqsədi daşıyırdı. Hücumda yaxşı çıxış etsək də, müdafiədə müəyyən problemlər yaşadıq. Çalışmaq üçün hələ çox vaxtımız olacaq. Komandamız tam heyətlə cəmi 5 gündür ki, məşq edir. Bu meydanda da hiss olundu. Məqsədimiz basketbolçularımızın fərdi yox, kollektiv oyununu inkişaf etdirməkdir. İstənilən halda, gözəl bir çıxışla yadda qaldığımızı düşünürəm".
Qeyd edək ki, NTD - "Sumqayıt" oyunu qonaqların 111:94 hesablı qələbəsi ilə bitib.
Oxşar xəbərlər

Dünya
Əthiopiyada Tigray münaqişəsi nəzarətdən çıxmaq təhlükəsi yaradır
France 24 · 6 oktyabr 2026, 18:17

Dünya
Aİ Ukraynanın üzvlüyünə hazırlıq işlərini sürətləndirir
Kyiv İndependent · 6 oktyabr 2026, 18:17

Dünya
Polşada vağzalı və məktəbi partlatmaqla hədələyən gənc saxlanılıb
Report.az · 6 oktyabr 2026, 18:17

Dünya
İranda hicab tələbləri sosial təzyiqlərlə həyata keçirilir
Deutsche Welle · 6 oktyabr 2026, 18:18