TopXəbər

Türkiyənin cənub-qərbində güclü yağışlar gözlənilir

26 sentyabr 2026, 16:58 · Mənbə: Anadolu Ajansı

Türkiyənin cənub-qərbində güclü yağışlar gözlənilir

Meteoroloji qurum cənub-qərb bölgələrdə güclü yağış və ildırım ehtimalını açıqlayıb.

Anadolu Ajansı yazır ki, Türkiyənin cənub-qərb bölgələrində günorta saatlarından etibarən güclü yağış və ildırım müşahidə olunacaq.

Meteoroloji Xidmət Muğla, Antalya, Aydın, Denizli, Uşak və Burdur ətrafı ilə yanaşı, Manisa və İzmirin cənub-şərq hissələrində güclü yağışların olacağını qeyd edib.

Afyonkarahisar və Isparta ərazilərində isə yağışların güclü və bəzən çox güclü olacağı proqnozlaşdırılır.

Xidmət ani daşqın, su basqını, lokal dolu, ildırım və güclü küləklə əlaqədar təhlükələr barədə xəbərdarlıq edib.

İşıq və nəqliyyat problemləri, həmçinin digər təbii fəsadların qarşısını almaq üçün əhali diqqətli və tədbirli olmalıdır.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47