TopXəbər

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

27 oktyabr 2026, 00:47 · Mənbə: Report.az

Türkiyə Super Liqası: "Qalatasaray" "Fənərbağça"nı məğlub edib

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Türkiyə Super Liqasının IX turunun derbi matçında "Qalatasaray" öz meydanında "Fənərbağça" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray"a qələbə qazandıran qolları Viktor Osimhen 29 və 44-cü dəqiqələrdə vurub.

"Fənərbağça"nın yeganə qoluna İrfan Can Kahveci 62-ci dəqiqədə imza atıb.

Bu nəticədən sonra xallarını 22-yə çatdıran "Qalatasaray" liderliyini qoruyub saxlayıb. Liqada 3-cü dəfə məğlubiyyətlə üzləşən "Fənərbağça"nın isə 16 xalı var.

Gələn həftə "Qalatasaray" "Konyaspor"a səfər edəcək, "Fənərbağça" isə evdə "Göztəpə" ilə qarşılaşacaq.