Tramp Putin və Si Cinpinlə keçirilən sammiti uğurlu adlandırıb
19 noyabr 2026, 20:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinlə Çində keçirilən sammiti uğurlu hesab edir.
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Çin sədri Si Cinpinlə Çində keçirilən sammiti uğurlu hesab edir.
"Report" xəbər verir ki, bu barədə Tramp ABŞ-yə qayıdarkən "Air Force One" prezident təyyarəsinin göyərtəsində olarkən "NBC News"a verdiyi telefon müsahibəsində bildirib.
"Düşünürəm ki, bu, 12 bal idi. Sıfırdan 10-a qədər olan şkalada mən bunu 12 olaraq qiymətləndirərdim", - ABŞ lideri bildirib.
Trampın sözlərinə görə, Pekində onu bir insanı ümumiyyətlə necə qəbul etmək mümkündürsə, o qədər yaxşı qəbul ediblər.
O, həmçinin bildirib ki, Si Cinpinlə görüş zamanı süni intellekt mövzusu müzakirə olunub. Trampın sözlərinə görə, hər iki lider bu texnologiya üçün ən azı minimal məhdudiyyətlərin müəyyən edilməsini müsbət addım hesab edir. Bununla belə, ABŞ lideri bildirib ki, tərəflər bu məhdudiyyətlərin konkret təriflərini müzakirə etməyiblər.
Oxşar xəbərlər

Dünya
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
Report.az · 22 noyabr 2026, 23:47

Dünya
Kuşner: ABŞ Ukrayna, Rusiya və Avropa ilə təhlükəsizlik məsələlərini müzakirə edəcək
Report.az · 22 noyabr 2026, 23:47

