Tomas Şteli: Ciddi sınaqlarla üzləşdiyimiz dövrdə BMT-nin fəaliyyəti əhəmiyyətini qoruyur
21 oktyabr 2026, 20:18 · Mənbə: Report.az

Sülh, insan hüquqları və beynəlxalq əməkdaşlıq prinsiplərinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə BMT-nin fəaliyyəti xüsusi əhəmiyyətini qoruyur.
Yeniliklərdən dərhal xəbərdar olun!
Sülh, insan hüquqları və beynəlxalq əməkdaşlıq prinsiplərinin ciddi sınaqlarla üzləşdiyi bir dövrdə BMT-nin fəaliyyəti xüsusi əhəmiyyətini qoruyur.
"Report" xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı səfiri Tomas Şteli Bakıda BMT Gününə həsr olunmuş tədbirdə bildirib.
"Birləşmiş Millətlər Təşkilatı Günü bizə bu təşkilatın əsaslandığı prinsipləri: sülh, insan hüquqları və beynəlxalq əməkdaşlığı xatırlamaq imkanı verir. Bu prinsiplərin ciddi sınaqlara məruz qaldığı bir dövrdə BMT-nin fəaliyyəti xüsusi əhəmiyyətini qoruyub saxlayır. Ölkələr arasında dialoq həmişə asan başa gəlmir, lakin onun alternativi yoxdur", - səfir qeyd edib.
Bakıda konsertlə müşayiət olunan BMT Gününün qeyd edilməsindən danışan Şteli, Azərbaycanın musiqi irsinin zənginliyini vurğulayıb.
"Azərbaycan zəngin musiqi irsinə malikdir, buna görə də musiqi bu bayramı qeyd etmək üçün gözəl bir vasitədir. O, həmçinin fərqli həyat təcrübəsinə və mədəni ənənələrə malik insanları birləşdirməkdə mədəniyyətin hansı rolu oynaya biləcəyini bizə xatırladır", - diplomat əlavə edib.
Oxşar xəbərlər


Siyasət
Yalçın Rəfiyev: Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur
Report.az · 21 oktyabr 2026, 19:47

Siyasət
KM Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub
Report.az · 21 oktyabr 2026, 18:47

Siyasət
Hərbi Tibb Fakültəsində "Tibbi ingilis dili" kursu keçirilir
Report.az · 21 oktyabr 2026, 18:18