Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
21 oktyabr 2026, 19:47 · Mənbə: Report.az

Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 21-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Report" xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərinə əsaslanan əməkdaşlığın bundan sonra da daha yüksək səviyyəyə qalxacağına əminliyini ifadə edib.
Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının 13-cü Zirvə Görüşünə dəvət edib.
Prezident İlham Əliyev telefon zənginə, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərinə görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürünü bildirib.
Dövlətimizin başçısı öz növbəsində Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.
Oxşar xəbərlər

Siyasət
Tomas Şteli: Ciddi sınaqlarla üzləşdiyimiz dövrdə BMT-nin fəaliyyəti əhəmiyyətini qoruyur
Report.az · 21 oktyabr 2026, 20:18

Siyasət
Yalçın Rəfiyev: Azərbaycan BMT-nin fəal və məsuliyyətli üzvü kimi öz rolundan qürur duyur
Report.az · 21 oktyabr 2026, 19:47

Siyasət
KM Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub
Report.az · 21 oktyabr 2026, 18:47

Siyasət
Hərbi Tibb Fakültəsində "Tibbi ingilis dili" kursu keçirilir
Report.az · 21 oktyabr 2026, 18:18