Hərbi Tibb Fakültəsində "Tibbi ingilis dili" kursu keçirilir
21 oktyabr 2026, 18:18 · Mənbə: Report.az

Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibbi ingilis dili" kursunun ikinci modulu keçirilir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində NATO-nun "Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı" (DEEP) çərçivəsində "Tibbi ingilis dili" kursunun ikinci modulu keçirilir.

Bu barədə "Report"a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, DEEP-in Bolqarstandan olan nümayəndə heyətinin iştirakı ilə keçirilən kursda dinləyicilərə döyüş meydanında tibbi ingilis dilinin istifadəsi, tapşırıqların düzgün təşkili və xüsusilə verbal (şifahi) ünsiyyət olmadan icrası, taktiki döyüş şəraitində həyat xilas etmək mövzuları ilə bağlı ətraflı məlumat verilib.

Beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi yolu ilə iştirakçıların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunan kurs oktyabrın 24-dək davam edəcək.
Oxşar xəbərlər

Siyasət
KM Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında qərar qəbul olunub
Report.az · 21 oktyabr 2026, 18:47

Siyasət
Avstraliya siyasətçiləri təhlükəsizlik tədbirlərinə özləri minlərlə dollar xərcləyir
The Guardian · 21 oktyabr 2026, 18:19

Siyasət
İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib
Report.az · 21 oktyabr 2026, 17:17

Siyasət
Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb
Report.az · 21 oktyabr 2026, 14:47