"The Times": Böyük Britaniya Çin avtomobillərinə rüsum tətbiq etməyə hazırlaşır
5 oktyabr 2026, 07:14 · Mənbə: Report.az

Britaniya hakimiyyəti Avropa İttifaqından (Aİ) nümunə götürərək Çindən gətirilən elektromobillərə rüsumlar tətbiq etmək niyyətindədir.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Britaniya hakimiyyəti Avropa İttifaqından (Aİ) nümunə götürərək Çindən gətirilən elektromobillərə rüsumlar tətbiq etmək niyyətindədir.
"Report" xəbər verir ki, bu barədə "The Times" yazıb.
Qəzet dəqiqləşdirib ki, biznes və ticarət naziri Conatan Reynolds potensial rüsumlar paketi hazırlayır. Rüsumlar Çin avtomobillərinin Birləşmiş Krallıq bazarında süni şəkildə aşağı salınmış qiymətlərlə satılması ilə bağlı yaranan narahatlıqlara görə tətbiq edilə bilər.
Məqalədə həmçinin qeyd olunub ki, Britaniya nazirləri Aİ-nin yeni proteksionist iqtisadi qaydalarının mənfi nəticələrindən qaçmaq üçün Çindən olan elektromobillərə Avropadakına analoji olaraq 45 %-lik vergi tətbiq etməyə hazırdırlar.
Oxşar xəbərlər


Dünya
Əraqçi İƏT XİN Şurasının iclasına qatılmaq üçün İraqa səfərə gedib
Report.az · 17 oktyabr 2026, 10:17

Dünya
Oreqondakı məktəb atıcılığı zamanı müdaxilə edənləri polis qəhrəman hesab edib
Deutsche Welle · 17 oktyabr 2026, 10:17

Dünya
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
Report.az · 17 oktyabr 2026, 10:17