Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək
17 oktyabr 2026, 10:17 · Mənbə: Report.az

Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün Bakıda ilk dəfə olaraq sumo üzrə dünya çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, Bakı İdman Sarayında reallaşacaq beynəlxalq yarışda dünyanın 30-a yaxın ölkəsindən müxtəlif yaş qruplarını təmsil edən idmançılar medallar uğrunda mübarizə aparacaqlar.
Yarışlar ənənəvi yapon sumosunun ruhunu yaşadan, xüsusi hazırlanmış torpaq "dohyo" meydanında keçiriləcək.
Oktyabrın 17-də 18 yaşadək qızlar və oğlanlar arasında fərdi və komanda yarışları, oktyabrın 18-də isə kişilər və qadınlar arasında fərdi və komanda yarışları təşkil olunacaq..
Turnirdə ənənəvi peşəkar yapon sumosu deyil, beynəlxalq həvəskar sumo qaydaları əsas götürüləcək. Bu sistemdə rəqiblər çəki dərəcələrinə uyğun qarşılaşır, qadın idmançılar üçün də ayrıca yarışlar keçirilir.
Qeyd edək ki, Azərbaycanın sumo üzrə beynəlxalq arenada iştirakı 2007-ci ildən başlayır. Bakıdakı mundial oktyabrın 17-18-də baş tutacaq.
Oxşar xəbərlər

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47

Dünya
Əraqçi ABŞ bazalarının bölgə ölkələri üçün təhdid olduğunu bildirib
Report.az · 19 oktyabr 2026, 18:17

Dünya
Pedro Sançes: Tələbələrin mənzil şəraitinin yaxşılaşdırılmasına 45 milyon avro ayrılıb
Report.az · 19 oktyabr 2026, 16:17