TopXəbər

Təcrübəli jurnalist Recep Levent Öztürk dünyasını dəyişdi

6 oktyabr 2026, 13:50 · Mənbə: Hürriyet

Təcrübəli jurnalist Recep Levent Öztürk dünyasını dəyişdi

Türkiyəli jurnalist Recep Levent Öztürk ürək tutmasından vəfat edib. O, Akçakoca bələdiyyəsinin təşkil etdiyi tədbirdə xəstələnib.

Hürriyet yazır ki, təcrübəli TRT müxbiri Recep Levent Öztürk Akçakoca rayonunda keçirilən 2-ci Suluboya Mədəniyyət Festivalı qala yeməyində ürək tutması keçirib. Səhiyyə işçiləri ona ilkin yardım göstərdikdən sonra Akçakoca Dövlət Xəstəxanasına çatdırılıb, lakin Öztürk həyatını xilas etmək mümkün olmayıb.

Recep Levent Öztürk jurnalist fəaliyyətinə 1989-cu ildə Düzcədə yerli mətbuatda başlayıb. Sonralar milli mediaya keçərək əsasən müharibə müxbiri kimi fəaliyyət göstərib. O, işindən ötrü Əfqanıstan, Pakistan və Orta Şərqdəki bir çox bölgələrdə çalışıb, münaqişə və insan faciələrini işıqlandırıb.

Təcrübəli jurnalist Recep Levent Öztürk dünyasını dəyişdi
Təcrübəli jurnalist Recep Levent Öztürk dünyasını dəyişdi

2008-ci ildə Gürcüstandakı toqquşmaları işıqlandırdığı vaxt həmin yerdə ona silahlı hücum edilib. Bu insident nəticəsində jurnalist bir gözünü itirib. Lakin sonrakı müalicədən sonra karyerasına qayıdaraq müxtəlif bölgələrdə baş verənləri izləməyə davam edib.

Öztürk "Yardım Konvoyu" adlı proqramla insani yardımları TRT xəbər vasitəsilə nümayiş etdirib. Onun hazırladığı reportajlar və sənədli işlər bir çox mükafatlara layiq görülüb. Ötən il isə o, Beyrutda baş verən silahlı qarşıdurmaları və hadisələri izləyirmiş.

Təcrübəli jurnalist Recep Levent Öztürk dünyasını dəyişdi
Təcrübəli jurnalist Recep Levent Öztürk dünyasını dəyişdi

Recep Levent Öztürkün cənazəsi doğulduğu Düzcə şəhərinin Gümüşova rayonu Yeşilyayla kəndində dəfn olunacaq.

Dünya

Rusiya şəhərlərində mobil internet işləməyib

News.ru · 18 oktyabr 2026, 11:47