Suriyada qaz boru kəmərində partlayış üç elektrik stansiyasını sıradan çıxarıb
1 oktyabr 2026, 08:15 · Mənbə: Report.az

Dəməşqin şərq ətrafındakı "Tişrin" İstilik Elektrik Stansiyası (İES) ərazisində qaz boru kəmərində baş verən partlayış elektrik stansiyasının özünün, həmçinin digər iki – "Deyr Əli" və "Ən-Nasiriyyə" İES-in işində fasilələrə səbəb olub.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dəməşqin şərq ətrafındakı "Tişrin" İstilik Elektrik Stansiyası (İES) ərazisində qaz boru kəmərində baş verən partlayış elektrik stansiyasının özünün, həmçinin digər iki – "Deyr Əli" və "Ən-Nasiriyyə" İES-in işində fasilələrə səbəb olub.
"Report"un xəbərinə görə, bu barədə Suriya Energetika Nazirliyi məlumat yayıb.
Stansiya mütəxəssisləri qaz klapanlarını bağlayıb və boru kəmərinin zədələnmiş hissəsini təcrid ediblər. Bu, qaz axınını azaldıb və yanğın mənbəyini zəiflədib. Yanğınsöndürmə işləri qalan qaz ehtiyatları buxarlandıqdan və alovlanma təhlükəsi aradan qaldırıldıqdan sonra başlayacaq.
"Bu elektrik stansiyalarının bağlanması elektrik enerjisi istehsalının azalmasına və mövcud istehsal gücünün çatışmazlığı səbəbindən müvəqqəti enerji təchizatı məhdudiyyətlərinin artmasına səbəb olacaq", - Energetika Nazirliyi bildirib.
Nazirlik əlavə edib ki, partlayışın nəticələri aradan qaldırıldıqdan sonra enerji təchizatı vəziyyəti barədə məlumatı yayacaq.
Oxşar xəbərlər

Dünya
Tramp Ağ Evdə yeni mətbuat katibinin ilk brifinq tarixini açıqlayıb
News.ru · 12 oktyabr 2026, 04:16

Dünya
Cənubi Koreya Şimal Dəniz Yolundan müntəzəm gəmilər üçün yararlığını düşünür
News.ru · 12 oktyabr 2026, 04:17

Dünya
Rusiya Rostov bölgəsində neft doldurma terminalını dronlar yandırıb
Ukrainskaya Pravda · 12 oktyabr 2026, 04:17

Dünya
Tramp: Ağ Evin yeni mətbuat katibi ilk brifinqini oktyabrın 13-də keçirəcək
Report.az · 12 oktyabr 2026, 04:17