TopXəbər

Sok Piset: "Birgə fəaliyyətimiz ASEAN regionunu Xəzər dənizi ilə birləşdirməyə imkan verəcək"

12 oktyabr 2026, 17:47 · Mənbə: Report.az

Sok Piset: "Birgə fəaliyyətimiz ASEAN regionunu Xəzər dənizi ilə birləşdirməyə imkan verəcək"

Kambocanın bərpa olunan enerjinin payını 70 %-ə çatdırması üçün günəş enerjisinə, enerji saxlanc qurğularına və elektrik şəbəkəsinə ehtiyacı var.

Yeniliklərdən dərhal xəbərdar olun!

Kambocanın bərpa olunan enerjinin payını 70 %-ə çatdırması üçün günəş enerjisinə, enerji saxlanc qurğularına və elektrik şəbəkəsinə ehtiyacı var.

"Report" xəbər verir ki, bunu Kamboca İşəgötürənlər və Biznes Assosiasiyaları Federasiyasının (CAMFEBA) prezidenti Okhna Sok Piset Azərbaycan-Kamboca Biznes Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan bu sahəyə enerji, sərmayə, layihələr, nou-hau və liderlik təcrübəsi ilə töhfə verə bilər: "Bu baxımdan, Azərbaycanın COP29-a ev sahibliyi etməsi də mühüm əhəmiyyət daşıyır. Biz 2030-cu il üçün enerji üzrə baş plan çərçivəsində birgə investisiyalar həyata keçirə bilərik".

Piset bildirib ki, bundan başqa, ikinci istiqamət aqrar məhsulların emalıdır: "Kambocada düyü və kajudan tutmuş manqoya qədər doqquz yüksək əlavə dəyərli ixrac məhsulu yetişdirilir. Azərbaycan isə bu məhsullar üçün tələbatı olan bazar və Qafqazla Mərkəzi Asiyaya çıxış imkanı təklif edə bilər. Biz məhsulları birgə iqtisadi zonada emal edə və nəqliyyat dəhlizləri vasitəsilə qərb istiqamətində ixrac edə bilərik. Üçüncü istiqamət logistikadır. Kambocanın limanları, hava limanı və dörd nəqliyyat dəhlizi var. Azərbaycanın isə Orta Dəhlizin idarə olunması sahəsində təcrübəsi mövcuddur. Birgə fəaliyyətimiz Azərbaycan və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) regionunu Xəzər dənizi ilə birləşdirməyə imkan verə bilər".

Kambocalı qonaq qeyd edib ki, dördüncü istiqamət rəqəmsal sahədir: "ASEAN ölkələri dövlət xidmətlərinin "vahid pəncərə" prinsipi əsasında göstərilməsi modelindən istifadə edirlər: "Regionda əldə olunan nəticələrdən ilhamlanan Kamboca rəqəmsal hökumətini qurur. Biz bu sahədə nou-hau mübadiləsi apara, həmçinin hər iki ölkədə kiçik biznes üçün ödəniş bağlantıları yarada bilərik".