SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb
4 oktyabr 2026, 10:14 · Mənbə: Report.az

İran ballistik raketlərin və digər silahların istehsalı üçün təchizat zəncirlərini qoruyub saxlayıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
İran ballistik raketlərin və digər silahların istehsalı üçün təchizat zəncirlərini qoruyub saxlayıb.
Report "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələri komandanının müşaviri, general Əli Balali bildirib.
Onun sözlərinə görə, raketlər üçün bütün komponentlər ölkə daxilində istehsal olunur və hətta ixrac da edilə bilər. Balali qeyd edib ki, İranın müdafiə istehsalı ilə bağlı heç bir problemi yoxdur və ölkə münaqişəni "nə qədər lazımdırsa, o qədər" davam etdirə bilər.
"Biz özümüz bu sistemlərin həm layihələndiricisi, həm də istehsalçısı olduğumuz, eləcə də operativ tələbləri başa düşdüyümüz üçün daim innovasiyaların tətbiqi üzərində işləyirik", - SEPAH generalı qeyd edib.
O əlavə edib ki, İran silah istehsalında öz imkanlarına və operativ tələblərə əsaslanır.
Oxşar xəbərlər

Dünya
Azərbaycanın qadın sablyaçılardan ibarət millisi Dünya Kubokunda 4-cü yeri tutub
Report.az · 19 oktyabr 2026, 10:17

Dünya
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Report.az · 19 oktyabr 2026, 08:47


Dünya
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Report.az · 19 oktyabr 2026, 07:47