TopXəbər

Şəhid mayor Rəhim Hüseynovun döyüş yoldaşı: Onun rəhbərlik etdiyi bölmə hər zaman fərqlənib

27 sentyabr 2026, 11:15 · Mənbə: Report.az

Şəhid mayor Rəhim Hüseynovun döyüş yoldaşı: Onun rəhbərlik etdiyi bölmə hər zaman fərqlənib

Şəhid mayor Rəhim Hüseynovun döyüş yoldaşı kapitan Rəşad Cəlalov onun rəhbərlik etdiyi bölmənin hər zaman fərqləndiyini söyləyib.

R. Cəlalov bunu "Report"a Vətən müharibəsinin 6-cı ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığı ziyarəti zamanı açıqlayıb.

O bildirib ki, R. Hüseynovla birlikdə Əfqanıstanda sülhməramlı missiyada xidmət ediblər:

"Rəhim Hüseynov bizim kontingent rəisimiz idi. Biz oradan Azərbaycana qayıtdıqdan sonra 44 günlük Vətən müharibəsində iştirak etdik. Bizim bölməmiz hər zaman mühüm tapşırıqları icra edib. Mayor Rəhim Hüseynov Azərbaycan ordusunda uğurlu döyüş yolu keçmiş bölməyə rəhbərlik edirdi. Onun rəhbərlik etdiyi bölmə hər zaman fərqlənib. O hər zaman şəxsi heyətin qayğısına qalıb. Mayor Rəhim Hüseynov bizim yaddaşımızda daim yaşayacaq".

R. Cəlalovun sözlərinə görə, R. Hüseynov 2020-ci il oktyabrın 5-dən 20-nə qədər Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş yolu keçib:

"Döyüş müddəti ərzində mühüm əməliyyatlarda, eyni zamanda, Qubadlı rayonunun girişində olan strateji yüksəkliyin azad olunmasında iştirak edib. Onun rəhbərlik etdiyi bölmə düşmənin 200-ə yaxın canlı qüvvəsini məhv etdikdən sonra Qubadlı istiqamətində qəhrəmancasına şəhid olub".