Səfir: Azərbaycan-Almaniya Biznes Şurasının ilk iclası yaxın vaxtlarda keçiriləcək
2 oktyabr 2026, 16:16 · Mənbə: Report.az

Bakı və Berlin yaxın vaxtlarda Azərbaycan-Almaniya Biznes Şurasının ilk iclasını keçirəcək.
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı və Berlin yaxın vaxtlarda Azərbaycan-Almaniya Biznes Şurasının ilk iclasını keçirəcək.
Bu barədə "Report"a müsahibəsində Almaniyanın Azərbaycandakı səfiri Dirk Lölke bildirib.
Diplomat Azərbaycan və Almaniya liderlərinin iyulun 21-də Berlində İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə" imzaladıqlarını xatırladıb: "Həmin gün "Azərbaycan-Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti haqqında Birgə Bəyannamə" də imzalanıb".
Onun sözlərinə görə, sənədlər imzalandığı vaxtdan vacib struktur və idarəetmə qərarları qəbul edilib: "Azərbaycan-Almaniya Biznes Şurasının strateji platforma kimi təsis edilməsi mühüm nailiyyət oldu. Şuranın ilk iclası artıq yaxın vaxtlarda keçiriləcək və bundan sonra qurum öz fəaliyyətinin prioritetlərini müəyyənləşdirəcək".
Diplomat vurğulayıb ki, Almaniya-Azərbaycan iqtisadi əməkdaşlığı nəqliyyat və logistika, kənd təsərrüfatı və qida sənayesindən tutmuş bərpaolunan enerjiyədək böyük potensiala malik geniş spektrli sahələri əhatə edir.
Səfirin sözlərinə görə, son aylar və illər ərzində hər iki tərəf biznes sahəsində əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradıb.
O qeyd edib ki, 2025-ci ilin iyun ayında bir tərəfdən Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), digər tərəfdən isə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) və Almaniya Şərqi Biznes Assosiasiyası arasında razılaşdırılmış "yol xəritəsi"ndə artıq konkret imkanlar müəyyən edilib.
Səfir həmçinin xatırladıb ki, Almaniya-Azərbaycan Biznes Şurasının yaradılmasını nəzərdə tutan Birgə Bəyannamə bu yolda mühüm mərhələ olub.
"Konkret investisiya və layihə qərarları, təbii ki, özəl şirkətlər tərəfindən qəbul ediləcək, lakin strateji qiymətləndirmələr və koordinasiya üçün zəruri çərçivə və platforma artıq mövcuddur", - D.Lölke əlavə edib.
Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.
Oxşar xəbərlər

Siyasət
"Şahinlərin Görüşü - 2026" təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar
Report.az · 18 oktyabr 2026, 15:47

Siyasət
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Report.az · 18 oktyabr 2026, 15:17


Siyasət
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Report.az · 18 oktyabr 2026, 14:17