Şarja-Bakı reysi ilə gələn sərnişindən dəyəri 4 milyon manatdan çox brilyant aşkar edilib
29 sentyabr 2026, 12:15 · Mənbə: Report.az

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaşların ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
"Report" komitəyə istinadən xəbər verir ki, Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşı "Yaşıl Kanal" buraxılış sistemindən keçməklə gömrük nəzarəti zonasını tərk etmək istəyib.
Vətəndaşın davranışları şübhə doğurduğu üçün gömrük əməkdaşları tərəfindən sərnişin "Qırmızı Kanal"a yönləndirilib və gömrük nəzarəti formaları tətbiq olunub.
Gömrük nəzarəti formalarının tətbiqi zamanı şəxsin üzərindən gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən 2502.524 karat brilyant qaşlar aşkar edilib.
Aşkar edilmiş brilyant qaşların dəyəri 4 milyon manatdan artıq qiymətləndirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər

Biznes
Azərbaycanda xırda və iribuynuzlu mal-qaranın sayı açıqlanıb
Report.az · 17 oktyabr 2026, 17:47

Biznes
Ceyk Conson 3,3 milyon dollara kənar və yaşıl Pasadena malikanəsini satır
MarketWatch · 15 oktyabr 2026, 13:17

Biznes
Azərbaycan biznes nümayəndə heyətinin Vyetnama səfəri planlaşdırılır
Report.az · 14 oktyabr 2026, 10:46