Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
17 oktyabr 2026, 00:17 · Mənbə: Report.az

Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.
"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərkar kənd yolunda baş verib.
Fotoqalereya
1 / 4Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb, xəsarət alan var
Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb.
H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər




Ölkə
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Report.az · 18 oktyabr 2026, 14:17