Sahibə Qafarova: Slovakiya şirkətlərinin azad edilmiş ərazilərin bərpasında iştirakı dostluq göstəricisidir
29 sentyabr 2026, 19:46 · Mənbə: Report.az

Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı iki ölkə arasındakı səmimi dostluğun mühüm göstəricisidir.
Yeniliklərdən dərhal xəbərdar olun!
Slovakiya şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında iştirakı iki ölkə arasındakı səmimi dostluğun mühüm göstəricisidir.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Konstitusiya Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbirdə bildirib.
"Biz Slovakiya şirkətlərinin işğaldan azad edilmiş torpaqlarımızın bərpasında, o cümlədən Baş Qərvənddə "Ağıllı kənd" layihəsinin icrasında iştirakına şadıq. Bu, ölkələrimiz arasında səmimi dostluğun mühüm göstəricisidir", - o bildirib.
S. Qafarova qeyd edib ki, iki ölkə rəhbərliyinin dəstəyi ilə yaradılacaq məktəb Azərbaycan-Slovakiya dostluğunun daha bir rəmzi olacaq.
Parlament sədri vurğulayıb ki, ikitərəfli münasibətlərin inkişafı istiqamətində atılan addımlar, eləcə də ümumi yanaşmalar və qarşıya qoyulan məqsədlər Bakı və Bratislava arasında əməkdaşlığın daha da genişləndirilməsini təmin edir.
Oxşar xəbərlər

Siyasət
13 yaşlı oğlan Sidneydə kişini bıçaqlayıb qətlə yetirdiyinə görə ittiham olundu
The Guardian · 12 oktyabr 2026, 03:17

Siyasət
Britaniyanın Yaşıllar Partiyasının rəhbəri partiya idarəçiliyində dəyişiklik istəyir
Al Jazeera · 12 oktyabr 2026, 01:47

Siyasət
Yaşıllar ABŞ-da edamın canlı yayımlanmasının qarşısını almaq istəyir
The Guardian · 12 oktyabr 2026, 00:17

Siyasət
Respublikaçı senator Trampın Rusiya ilə dizel razılaşmasının qanunsuz ola biləcəyini deyir
Al Jazeera · 12 oktyabr 2026, 00:17