Sabah Culfanın 13 kəndində işıq olmayacaq
11 oktyabr 2026, 17:48 · Mənbə: Report.az

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) bildirilib.
Məlumata görə, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasından çıxan 3, 4 və 5 nömrəli 10 kV-luq hava elektrik xətlərində aparılacaq təmir işləri ilə əlaqədar saat 12:00-dan 15:00-dək Saltaq, Göydərə, Gal, Şurut, Xoşkeşin, Əlincə, Xanəgah, Qazançı, Milax, Teyvaz, Ərəfsə, Ləkətağ və Boyəhməd kəndlərində elektrik enerjisinin verilişi dayandırılacaq.
İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərin abonentlərinin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Oxşar xəbərlər


İqtisadiyyat
Kiril Kuçinski Oktyabrın 23-də Mərkəzi Bankın İclasından Sonra Əsas Faiz Dərəcəsini Proqnozlaşdırıb
News.ru · 18 oktyabr 2026, 16:18

İqtisadiyyat
Türkiyənin ölkəmizdəki səfiri və Ticarət Müşavirliyinin nümayəndələri "Technopack" və "Az-Pack" MMC-lərin istehsal müəssisələrində olub
Report.az · 17 oktyabr 2026, 16:47

İqtisadiyyat
Azərbaycanda 9 ayda 420 min tona yaxın karbamid istehsal edilib
Report.az · 17 oktyabr 2026, 16:17