Riyad Mahrez Qətərin "Əl-Şamal" klubunun futbolçusu olacaq
4 oktyabr 2026, 11:14 · Mənbə: Report.az

İngiltərənin "Mançester Siti" klubunun sabiq yarımmüdafiəçisi Riyad Mahrez Qətərin "Əl-Şamal" komandasına keçəcək.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Siti" klubunun sabiq yarımmüdafiəçisi Riyad Mahrez Qətərin "Əl-Şamal" komandasına keçəcək.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 35 yaşlı əlcəzairli oyunçu ilə qısamüddətli müqavilə imzalanacaq.
Səudiyyə Ərəbistanının "Əl-Əhli" kollektivindən ayrılan futbolçu hazırda azad agent statusundadır. O, ötən mövsüm bu komandanın heyətində bütün turnirlərdə 44 matçda meydanda olub, 8 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.
Təcrübəli idmançı daha əvvəl "Mançester Siti" ilə yanaşı, İngiltərənin "Lester" və Fransanın "Havr" klublarının da şərəfini qoruyub.
Futbolçu iyulda Əlcəzair millisindəki karyerasını başa vurduğunu açıqlamışdı.
Oxşar xəbərlər

İdman
Lisandro Martinez Mançester Yunaytedin investisiya çatışmazlığını tənqid edir
Al Jazeera · 14 oktyabr 2026, 03:47

İdman
Bayern-in Maykl Olise 'super ağılsız' sarı vərəqlər səbəbindən qovulub
Al Jazeera · 14 oktyabr 2026, 03:47

İdman
Atletiko Madrid Mançester Yunaytedə 2-0 hesabı ilə qalib gəlib
Al Jazeera · 14 oktyabr 2026, 01:48

İdman
Valdas Dambrauskas: "Sabah" "Slaviya" ilə oyunda möhtəşəm nəticəyə imza atıb"
Report.az · 13 oktyabr 2026, 23:48