Qırmızı Xaç: Yəməndəki xəstəxanalar yaralı axınının öhdəsindən gələ bilmir
14 oktyabr 2026, 14:17 · Mənbə: Report.az

Ölkədə hərbi əməliyyatların aktivləşməsi fonunda yaralıların sayının kəskin artması səbəbindən Yəmən xəstəxanaları ciddi çətinliklər yaşayır. Bəzi tibb müəssisələrində bir həftə ərzində daxil olan zərərçəkənlərin sayı 700 nəfəri ötüb.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ölkədə hərbi əməliyyatların aktivləşməsi fonunda yaralıların sayının kəskin artması səbəbindən Yəmən xəstəxanaları ciddi çətinliklər yaşayır. Bəzi tibb müəssisələrində bir həftə ərzində daxil olan zərərçəkənlərin sayı 700 nəfəri ötüb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) istinadən məlumat yayıb.
Təşkilatın məlumatına görə, cəbhəboyu ərazilərdə, o cümlədən Mərib, Taiz və Qırmızı dəniz sahilindəki xəstəxanalarda misli görünməmiş yaralı axını qeydə alınıb.
"Ağır xəsarət alanlara yardım göstərən tibb işçilərinin üzərinə böyük yük düşür", - BQXK-nın səhiyyə məsələləri üzrə koordinatoru Firas Əbu Samra bildirib.
O qeyd edib ki, Yəməndə fəaliyyət göstərən tibb müəssisələrinin yalnız kiçik bir hissəsi ağır xəsarət alan xəstələrə tam yardım göstərmək iqtidarındadır. Bununla yanaşı, xəstəxanalar cərrahi ləvazimatlar, anesteziya vasitələri, oksigen və dərman preparatlarının çatışmazlığı ilə üzləşirlər.
BQXK-dan bildirilib ki, hərbi əməliyyatların güclənəcəyi təqdirdə ölkənin səhiyyə sistemi zərərçəkənlərin sayının daha da artmasının öhdəsindən gəlməyə bilər.
Qeyd edək ki, Beynəlxalq Miqrasiya Təşkilatının (BMT) məlumatına görə, son həftələrdə husilər ilə Yəmənin hökumət qüvvələri arasında yenidən başlanan toqquşmalar nəticəsində 200 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Oxşar xəbərlər

Dünya
Tramp İrana qarşı hərbi əməliyyatı dərhal başa çatdırmağın mümkün olduğunu bildirib
Report.az · 20 oktyabr 2026, 07:46

Dünya
Tramp demokratları Qərb sivilizasiyasını məhv etməyə çalışmaqda ittiham edib
Report.az · 20 oktyabr 2026, 07:17

Dünya
ABŞ Avropada münaqişə baş verəcəyi təqdirdə aerostatlardan kütləvi istifadə etməyi planlaşdırır
Report.az · 20 oktyabr 2026, 06:47

Dünya
Kolumbiyada qızıl mədənində torpaq sürüşməsi nəticəsində 14 nəfər ölüb
Report.az · 20 oktyabr 2026, 06:17