Premyer Liqa: "Zirə" "Sumqayıt"ı məğlub edib
23 oktyabr 2026, 21:18 · Mənbə: Report.az

Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasında IX turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci oyununda "Zirə" "Sumqayıt"ı qəbul edib.
Qarşılaşma "qartallar"ın qələbəsi ilə yekunlaşıb - 3:2.
Bakı klubunun qollarını 8-ci dəqiqədə penaltidən Ruan Renato, 21-ci dəqiqədə Rikardo Martins, 83-cü dəqiqədə Davit Volkov vurublar.
"Gənclik şəhəri" təmsilçisində Nihad Əhmədzadə 39-cu, Keffel Resende 56-cı dəqiqədə fərqlənib.
Xallarının sayını 15-ə çatdıran "Zirə" dördüncü pilləyə yüksəlib. "Sumqayıt" 8 xalla səkkizinci sıradadır.
Günün ilk görüşündə "Qəbələ" səfərdə "Araz-Naxçıvan"ı məğlub edib -2:1.
Xatırladaq ki, tura oktyabrın 25-də yekun vurulacaq.
Oxşar xəbərlər



İdman
LeBron Filadelfiya 76ersin ev oyununda qalib gəlib, Trampın tənqidi onu təsir etməyib
Al Jazeera · 23 oktyabr 2026, 12:47

İdman
Harry Kane doğma şəhərində Ballon d’Or-da xüsusi gecə arzulayır
Al Jazeera · 23 oktyabr 2026, 12:47