Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir
24 oktyabr 2026, 00:47 · Mənbə: Report.az

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı fəaliyyətləri başa çatdırdıqdan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir.
Donald Tramp İrandan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrana qarşı fəaliyyətləri başa çatdırdıqdan sonra Kuba ilə "məşğul olmaq" niyyətindədir.
"Report" xəbər verir ki, Tramp bu barədə Florida ştatında tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Tramp qeyd edib ki, onun administrasiyası ABŞ silahlı qüvvələrinə rekord məbləğdə – 1 trilyon dollar yönəldib.
"Dünyada ən yaxşı hərbi texnika bizdədir. Siz bunu Venesueladakı hadisələr zamanı gördünüz. İran sizə deyəcək ki, ən yaxşı hərbi texnika bizdədir. Bəs Kuba necə? Narahat olmayın. İrandan sonra Kuba ilə məşğul olacağıq, kiçik bir fasilə edəcəyik", - o deyib.
ABŞ Prezidenti həmçinin Kuba sahillərinə hərbi gəmilərin göndərilməsi ehtimalını da mümkün hesab edib.
"Onlar əllərini qaldıracaqlar, sonra isə biz işi sona çatdırmaq üçün [ABŞ Dövlət katibi] Marko Rubionu göndərəcəyik. Bizim heç dayanmağımıza belə ehtiyac yoxdur. Sadəcə onu oraya göndərmək olar və o özü hər şeyi həll edəcək", - Tramp bildirib.
Oxşar xəbərlər

Dünya
Böyük Britaniyada ofiserin Suriyada yeniyetmələrin ölümü işi üzrə istintaqı aparılır
News.ru · 24 oktyabr 2026, 00:47

Dünya
BVF Ukraynanın gələcək maliyyə ehtiyaclarını milyardlarla dollarla qiymətləndirib
News.ru · 24 oktyabr 2026, 00:47
Dünya
İran İnqilab Keşikçiləri Qvardiyası Hormuz boğazında 2 süpertankerin dəniz minasına dəyəcəyini bildirir
Anadolu Agency · 24 oktyabr 2026, 00:47