Təciliİran İnqilab Keşikçiləri Qvardiyası Hormuz boğazında 2 süpertankerin dəniz minasına dəyəcəyini bildirir

TopXəbər

WSJ: Tramp seçkilərdən əvvəl Kanadadan gələn mallara tətbiq olunan rüsumların bir hissəsini ləğv edə bilər

24 oktyabr 2026, 00:18 · Mənbə: Report.az

WSJ: Tramp seçkilərdən əvvəl Kanadadan gələn mallara tətbiq olunan rüsumların bir hissəsini ləğv edə bilər

ABŞ Prezidenti Donald Tramp administrasiyasının konqresə qarşıdan gələn aralıq seçkilərində Respublikaçılar Partiyasından olan namizədləri dəstəkləmək üçün bəzi Kanada mallarına tətbiq edilən 50 faizlik rüsumları ləğv edəcəyi gözlənilir.

Yeniliklərdən dərhal xəbərdar olun!

ABŞ Prezidenti Donald Tramp administrasiyasının konqresə qarşıdan gələn aralıq seçkilərində Respublikaçılar Partiyasından olan namizədləri dəstəkləmək üçün bəzi Kanada mallarına tətbiq edilən 50 faizlik rüsumları ləğv edəcəyi gözlənilir.

"Report" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bu barədə Ağ Evin planları ilə tanış olan mənbələr bildiriblər.

Nəşrin məlumatına görə, rüsumların ləğvi yenidən seçilməyə çalışan Men ştatından respublikaçı senator Syuzan Kollinzə kömək etmək məqsədi daşıyır.

Tarif siyasətindəki dəyişikliklər artıq oktyabrın 23-də qüvvəyə minə bilər. Onların Kanadadan idxal edilən meşə və kənd təsərrüfatı məhsullarının ayrı-ayrı növlərinə şamil ediləcəyi ehtimal olunur.

WSJ qeyd edib ki, Kollinz əvvəllər onun ştatındakı müəssisələrə və istehlakçılara mənfi təsir göstərən ticarət məhdudiyyətlərinin yumşaldılmasının tərəfdarı olub.

Nəşr vurğulayıb ki, Men ştatının iqtisadiyyatı böyük ölçüdə Kanada ilə ticarətdən asılıdır, buna görə də rüsumların azaldılması yerli biznesə və istehlakçılara dəstək ola bilər.