Paşinyanla Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada təhlükəsizlik məsələlərini müzakirə edib
17 oktyabr 2026, 12:17 · Mənbə: Report.az

Ermənistanın Baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın Baş naziri Nikol Paşinyan və Qırğızıstan Prezidenti Sadır Japarov Cənubi Qafqaz və Mərkəzi Asiyada sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərini müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə "Sputnik-Armeniya" Paşinyanın İrəvanda Japarovla birgə brifinqdəki bəyanatına istinadən məlumat yayıb.
"Əminəm ki, regional sülhün möhkəmləndirilməsi iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiyalarının inkişafı üçün yeni imkanlar yaradır", - N.Paşinyan bildirib.
Onun sözlərinə görə, danışıqlar zamanı tərəflər siyasi dialoqun dərinləşdirilməsi, ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika infrastrukturunun inkişafı, həmçinin təhsil, elm və texnologiyalar sahəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Oxşar xəbərlər


Dünya
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
Report.az · 19 oktyabr 2026, 21:18

Dünya
Moldova Dnestrdəki insidentdən sonra Ukraynaya etiraz notası göndərib
Report.az · 19 oktyabr 2026, 20:17

Dünya
Sudanda avtovağzala PUA zərbəsi nəticəsində 80-ə yaxın insan ölüb
Report.az · 19 oktyabr 2026, 18:47