Nyu İnglend üzərində meteorit partlayıb
ABŞ-ın şimal-şərqində meteorit partlayışı olub, hadisə yerli sakinlər tərəfindən səs və təkan kimi hiss edilib. NASA və ABŞ Geoloji Xidməti bunu təsdiqləyib.
Şənbə günü, yerli vaxtla saat 14:06-da, meteorit ABŞ-ın şimal-şərq hissəsində Cape Cod körfəzinə şimalda parlayaraq partlayıb. Atəş kürəsi bir neçə şəxs tərəfindən kamera ilə çəkilib, evlərdə sarsıntı yaradıb və peyk görüntülərində də aydın görünərək səmanı işıqlandırıb.
Bəzi sakinlər ilkin olaraq sarsıntını zəlzələ ilə əlaqələndirsələr də, ABŞ Geoloji Xidməti bunu təkzib edib. USGS hadisənin “güman edilən bólidin səbəb olduğu geniş şəkildə hiss olunan səs partlayışı” olduğunu açıqlayıb. X sosial şəbəkəsində NASA hadisəni “parlaq atəş kürəsi... yüksək səs müşayiət edib” kimi təsvir edib.
NASA-nın məlumatına görə, meteorit təxminən saatda 75 min mil sürətlə hərəkət edib və şimal-şərqi Massaçusets və cənub-şərqi Nyu-Hempşir üzərində 40 mil yüksəkliyində parçalanıb. Parçalanma zamanı sərbəst qalan enerji təxminən 300 ton TNT-yə bərabər olub və bu da yüksək səsə səbəb olub.
NASA-nın mətbuat katibi Cennifer Durin AFP-yə bildirib ki, "Bu atəş kürəsi hazırda aktiv olan heç bir meteor yağışı ilə əlaqəli deyildi, təbii obyekt idi və kosmik tullantının və ya peykin yenidən atmosferə girməsi deyildi."



