TopXəbər

Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib

12 oktyabr 2026, 21:17 · Mənbə: Report.az

Neft bazarında daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında qlobal neft bazarındakı vəziyyət, daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib.

Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin

Yeniliklərdən dərhal xəbərdar olun!

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirlərinin onlayn iclasında qlobal neft bazarındakı vəziyyət, daşınma və sığorta xərclərinin artmasının təsirləri müzakirə edilib.

"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bazar sabitliyi üçün tələb-təklif balansı ilə yanaşı, enerji resurslarının təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə nəqlinin vacibliyi vurğulanıb.

O bildirib ki, "OPEC+" çərçivəsində məsləhətləşmələrin davam etdirilməsi razılaşdırılıb.