TopXəbər

Nazir müavini: "Qərbin aparıcı texnologiya şirkətlərinin regional bazası olmaq istəyirik"

6 oktyabr 2026, 14:45 · Mənbə: Report.az

Nazir müavini: "Qərbin aparıcı texnologiya şirkətlərinin regional bazası olmaq istəyirik"

Azərbaycan Qərbin aparıcı texnologiya şirkətlərinin regional bazası olmaq istəyir.

Yeniliklərdən dərhal xəbərdar olun!

Azərbaycan Qərbin aparıcı texnologiya şirkətlərinin regional bazası olmaq istəyir.

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda keçirilən "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Onun sözlərinə görə, həmin şirkətlərin ətrafında daha geniş ekosistem formalaşa bilər: "Təbii ki, Almaniya şirkətlərini də onların arasında görməkdən çox məmnun olarıq. Hər bir tərəfdaşlıqda biz təkcə kapital deyil, daha çox başqa məqamlar axtarırıq. Məsələn, texnologiya, əməliyyat təcrübəsi və bilik mübadiləsi. Əminik ki, Almaniya bütün bunlara sahibdir".

Nazir müavini qeyd edib ki, Azərbaycanın coğrafi mövqeyi geniş imkanlar yaradır: "Onun üzərində fiziki və rəqəmsal olaraq quracağımız isə coğrafi mövqenin bizim üçün dəyərini müəyyən edəcək. Orta Dəhlizlə mallarınız tədarük olunur. Rəqəmsal dəhlizlə isə məlumatlarınız ötürüləcək".

Texnologiya

Apple iPhone Duo modelini təqdim etdi

The Verge · 17 oktyabr 2026, 03:47