Nazir: "İqtisadi artım özəl investisiyalar hesabına təmin olunacaq"
16 noyabr 2026, 12:17 · Mənbə: Report.az

Azərbaycanda növbəti dövrdə iqtisadi artım özəl investisiyalar hesabına təmin olunacaq.
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda növbəti dövrdə iqtisadi artım özəl investisiyalar hesabına təmin olunacaq.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, yenə artım drayverlərinə keçid qaçılmazdır və dövlət xərclərinin optimallaşdırılması şəraitində növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək: "Bu kontekstdə dövlətin iqtisadiyyatdakı başlıca rolu birbaşa investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçir. Bu keçidin ilkin nəticələri artıq müşahidə olunur: cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyalar 18 %-dək artıb".
Nazir bildirib ki, bu meylin davamlı olması üçün iqtisadi artımın yeni mənbələrinin işə salınması tələb olunur.
Oxşar xəbərlər

İqtisadiyyat
ROX Group Azərbaycanda mövcudluğunu genişləndirir, təmiz enerjiyə investisiya strategiyasını irəli aparır
Report.az · 22 noyabr 2026, 15:17

İqtisadiyyat
Hesablama Palatası dövlət maliyyəsinin idarə edilməsində yeni yanaşmalar təklif edir
Report.az · 21 noyabr 2026, 17:47

İqtisadiyyat
Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin ümumi dəyəri 8 %-ə yaxın artıb
Report.az · 21 noyabr 2026, 17:17

İqtisadiyyat
Tahir Mirkişili: "Rəqəmsal dövlətin ən böyük qazancı vətəndaşa qaytardığı vaxtdır"
Report.az · 21 noyabr 2026, 15:17