Milli Məclis məhkəmə eksperti olmaq istəyən şəxslərin ixtisas uyğunluğu tələbini ilk oxunuşda qəbul edib
24 noyabr 2026, 13:47 · Mənbə: Report.az

Milli Məclisdə məhkəmə eksperti olmaq istəyən şəxslərin ali təhsil ixtisasının fəaliyyət göstərəcəkləri ekspertiza sahəsinə uyğun olması tələbi müzakirə edilib.
Yeniliklərdən dərhal xəbərdar olun!
Milli Məclisdə məhkəmə eksperti olmaq istəyən şəxslərin ali təhsil ixtisasının fəaliyyət göstərəcəkləri ekspertiza sahəsinə uyğun olması tələbi müzakirə edilib.
"Report" xəbər verir ki, bununla bağlı "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" qanuna təklif olunan dəyişiklik parlamentin bugünkü plenar iclasında ilk oxunuşda qəbul olunub.
Layihəyə əsasən, qanunun məhkəmə ekspertlərinə dair tələbləri müəyyən edən müddəasına dəyişiklik edilərək, ekspert olmaq istəyən şəxsin xüsusi biliklərinin müvafiq məhkəmə eksperti ixtisası üzrə olması şərti təsbit edilir.
Həmçinin hər bir məhkəmə eksperti ixtisası üzrə fəaliyyət göstərmək üçün tələb olunan ali təhsil ixtisaslarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən siyahı əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, bu məsələ Prezidentin 2025-ci il 11 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya"da da əksini tapıb.
Bundan başqa, qanunun müvafiq maddəsində "məhkəmə ekspertizası ixtisası" ifadəsinin "məhkəmə eksperti ixtisası" ilə əvəzlənməsi, bununla da terminologiyanın dəqiqləşdirilməsi təklif olunur.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Oxşar xəbərlər

Siyasət
Ağdərə və Xocalı rayonlarının sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib
Report.az · 24 noyabr 2026, 11:17

Siyasət
Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib
Report.az · 23 noyabr 2026, 22:17

Siyasət
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib
Report.az · 23 noyabr 2026, 21:17

Siyasət
Nazir müavini: Azərbaycan və Albaniya energetika, ticarət və investisiya sahələrində əməkdaşlığı genişləndirir
Report.az · 23 noyabr 2026, 20:17