TopXəbər

Ukrayna və Almaniya kəşfiyyat PUA-larının birgə istehsalını quracaq

24 noyabr 2026, 12:47 · Mənbə: Report.az

Ukrayna və Almaniya kəşfiyyat PUA-larının birgə istehsalını quracaq

Kiyev və Berlin Ukrayna Müdafiə Qüvvələri üçün Ukrayna kəşfiyyat pilotsuz uçuş aparatlarının birgə istehsalını təşkil edəcək.

Yeniliklərdən dərhal xəbərdar olun!

Kiyev və Berlin Ukrayna Müdafiə Qüvvələri üçün Ukrayna kəşfiyyat pilotsuz uçuş aparatlarının birgə istehsalını təşkil edəcək.

"Report" Ukrayna Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, Berlində Ukraynanın müdafiə naziri Yevgeni Xmara və Almaniyanın müdafiə naziri Boris Pistorius müdafiə istehsalı sahəsində yeni birgə layihənin həyata keçirilməsinə dair saziş imzalayıblar.

Saziş çərçivəsində Almaniya və Ukrayna şirkətləri Almaniyada birgə müəssisə yaradacaq. 2027-ci ildə bu müəssisədə taktiki kəşfiyyat və müşahidə məqsədli bir neçə min pilotsuz uçuş aparatının istehsalı planlaşdırılır.

Almaniya tərəfi istehsalı və istehsal güclərinin yaradılmasını maliyyələşdirəcək. Həmçinin Ukrayna Müdafiə Qüvvələri üçün tədarük həcminin gələcəkdə artırılması imkanı da nəzərdə tutulub.

Hazırda Ukrayna tərəfdaş ölkələrlə birgə müdafiə sahəsində istehsal üzrə 11 layihə həyata keçirir. Bugünkü sazişin imzalanmasından sonra onların sayı 12-yə çatacaq. Bu sazişlərdən altısı Almaniya ilə birlikdə həyata keçiriləcək.