TopXəbər

Nurullah Bakır: "Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər"

24 noyabr 2026, 10:18 · Mənbə: Report.az

Nurullah Bakır: "Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər"

Türk dövlətləri arasında bank əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar var.

Nurullah Bakır: "Türk dövlətləri arasında bank əməkdaşlığı genişlənə bilər"

  • 24 noyabr, 2026
  • 10:14
  • Yeniliklərdən dərhal xəbərdar olun!

    Türk dövlətləri arasında bank əməkdaşlığının genişləndirilməsi üçün yeni imkanlar var.

    "Report" xəbər verir ki, bunu Türkiyə Banklar Birliyinin İcraçı direktoru Nurullah Bakır Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.

    Onun sözlərinə görə, etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq sisteminin inkişafı ölkələr arasında əməkdaşlığı da zəruri edir: "Türk dövlətləri arasında mövcud olan güclü əlaqələr maliyyə və bankçılıq sahəsində mühüm imkanlar yaradır. Türk Dövlətləri Bank Birlikləri Şurası çərçivəsində həyata keçirilən fəaliyyət bank birlikləri arasında bilik və təcrübə mübadiləsinin genişləndirilməsi, ortaq layihələrin hazırlanması və institusional potensialın gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayır. İnanırıq ki, bu əməkdaşlıq ölkələrimiz arasında ticarətin, investisiyaların və iqtisadi əlaqələrin inkişafına da töhfə verəcək".

    N.Bakır əlavə edib ki, bankçılıq sektorunun gələcəyi etibarı qoruyan, texnoloji inkişaflardan səmərəli istifadə edən və dayanıqlı iqtisadi artımı dəstəkləyən maliyyə strukturunu qurmaqdan asılıdır: "Hesab edirik ki, bu üç istiqamət bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan prioritetlərdir. Texnoloji transformasiya etibar, maliyyə artımı isə dayanıqlılıqla birlikdə nəzərdən keçirilməlidir".

    İqtisadiyyat

    Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb

    Report.az · 24 noyabr 2026, 09:47