Meta Instagram və Facebookda seriyalı Reels-i sınaqdan keçirir
Meta şirkəti Instagram və Facebook platformalarında seriyalı Reels funksiyasını test edir. Yeni xüsusiyyət istifadəçilərin epizodik məzmunu izləməsini asanlaşdıracaq və yaradıcıların videolarını sıra ilə təqdim etməsinə imkan verəcək.
Meta şirkəti Instagram və Facebook-da seriyalı məzmunun izlənməsini sadələşdirəcək yeni “Seriyalar” funksiyasını test edir.
Seçilmiş yaradıcılar həm yeni, həm də əvvəl paylaşdıqları Reels videolarını bir seriya şəklində birləşdirə biləcəklər. Hər bir Reel daha böyük bir hekayənin epizodu kimi profilində xüsusi yerdə yerləşəcək ki, bu da TikTok-da mövcud oxşar təcrübəyə bənzəyir.
Yeni funksiyanın təqdimatı Meta-nın qısa videoların tez yoxlanılması əvəzinə daha uzun müddətli izlənmə vərdişlərini təşviq etmək niyyətində olduğunu göstərir. Beləliklə, sosial media nəhəngi istifadəçilərin platformaya təkrar-təkrar qayıtmasını və izləmə vərdişlərinin güclənməsini hədəfləyir. Yaradıcılar üçün isə bu xüsusiyyət dərslik və çağırışlar kimi epizodik videoları daha məqsədyönlü şəkildə təqdim etmək imkanı yaradır.
Meta həmçinin yeni funksiyanı gəlir əldə etməyə yönəlik inkişaf etdirmə yollarını araşdırır, lakin konkret detallar açıqlanmayıb.
Qeyd etmək lazımdır ki, Instagram rəqibi TikTok 2023-cü ildə "Seriyalar" funksiyasını təqdim edib. Bu funksiya yaradıcıların premium məzmun kolleksiyalarını ödənişli şəkildə təqdim etməsinə imkan verir. Meta gələcəkdə öz seriyalı xüsusiyyətində buna bənzər bir yanaşmanı həyata keçirə bilər.
Meta bildirir ki, artıq seriyalı məzmunun artımını müşahidə edir və yeni test olunan funksiya hər epizodu daha asan tapmaq üçün nəzərdə tutulub. Məsələn, yaradıcı "Sağlam bişirmənin 10 günü" adlı seriya hazırlayırsa, bütün on vəideo birdəfəlik seriyaya toplanacaq. Şəxsin profilində ayrıca tabda güncəllənən seriyanın xüsusi səhifəsi olacaq, istifadəçilər bütün epizodları ardıcıllıqla izləyə və fasilə verdikləri yerdən davam edə biləcəklər.
İzləyicilər öz lentlərini və ya Reels bölməsini gəzdikləri zaman seriyanın epizodları qarşılarına çıxsa, digər bölümləri tam olaraq izləmək üçün seriyaya daxil olmaq imkanları olacaq. Bundan əlavə istifadəçilər sevdikləri seriyanı saxlayıb daha sonra izləyə və ən son yeniliklərlə tanış ola bilərlər.
Test mərhələsində Meta, Instagram və Facebook-da artıq seriyalı məzmun paylaşan seçilmiş yaradıcı və məzmun istehsalçıları ilə əməkdaşlıq edir.
TechCrunch
Meta tests ‘Series’ for episodic Reels on Instagram and Facebook
Orijinal məqaləyə keç
